Oruc tutmağını gizlədən deputat və məmurlar…

16-04-2021, 20:03           
Oruc tutmağını gizlədən deputat və məmurlar…
Hər il Ramazan ayında milyonlarla müsəlman sübh tezdən gün batana qədər 30 gün ərzində oruc tutur.Orucluq hər bir müsəlman üçün vacib sayılan ibadətlərdən biridir.

Azərbaycanda xeyli deputat və məmur var ki, tutduqları orucu gizlətməyə çalışır, kimlərinsə bilməsini istəmirlər.

Maraqlıdır, orucluğu gizlətməyin dinlə bağlılığı varmı?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a deyib ki, insanlar ibadətlərini nə nümayişkaranə şəkildə bəyan etməlidirlər, nə də həddindən artıq gizlətməlidirlər:

“Orucu normal bir hal kimi qəbul etmək lazımdır. Hər bir müsəlman üçün vacib şərtdir. Bir iş görürmüş kimi həddindən artıq qabartmaq və ya gizlətmək düz deyil. Bu mənim şəxsi mövqeyimdir. Hər bir insanın yanaşması fərqli ola bilər. Bəlkə də soruşsanız buna səbəb də gətirə bilərlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.