Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19-05-2021, 09:07 Almaniyanın Aşağı Saksoniya federal torpağında piyada körpüsü çöküb.Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, körpünün çökməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.Məlumata əsasən, hadisə yerinə helikopter cəlb edilib.Bildirilir ki, insident baş verən zaman körpünün tikintisi başa çatmamışdı. Facebook-da paylaş