Qüdsdə erməni təxribatı – Yəhudilər erməni keşişi döydülər

19-05-2021, 16:08           
Qüdsdə erməni təxribatı –
Qüdsdə ermənilərlə yəhudilər arasında dava olub.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ekspert Sako Aryan Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, hücuma məruz qalan erməni rahibi olub. Onun qeyd etdiyinə görə, hücum Pravoslav yəhudiləri tərəfindən edilib.

Yüngül xəsarət alan erməni rahib göstərilən ambulator yardımdan sonra evə buraxılıb. Məlumatda rahibi döyən şəxslərin həbs olunması barədə də danışılır.

Bəzi mənbələr qarşıdurmanı ermənilərin Qüdsdə baş verən hadisələr fonunda bilərəkdən törətdikləri təxribatla əlaqələndirib. Yəhudi millətinin bu acı günündə zəif tərəflərindən istifadə edərək Qüdsdəki Müqəddəs Evdə ağalıq etmək fikrinə düşüblər. Ayinlərdən sonra düşən davada səbəb kimi məhz bu göstərilib.

Qeyd edək ki, ermənilər Qarabağ müharibəsi zamanı mütəmadi olaraq Azərbaycanı dəstəkləyən yəhudilərə qarşı etiraz aksiyaları keçirərək, onları satqınlıqda, faşizimdə günahlandırırdılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.