İranda dəhşət: Ata-anası rejissoru öldürülüb parçalara böldü

20-05-2021, 08:46           
İranda dəhşət:
İran bu gün 47 yaşlı rejissor Babək Horramdinin ölümü ilə sarsıldı.

İHA xəbər verir ki, Horramdinin paytaxt Tehrandakı eyni evdə yaşadığı anası və atası tərəfindən öldürülüb.

Onun cansız bədəni üç hissəyə bölünərək Ekbatan bölgəsindəki zibil qabına atılıb.

Hadisədən sonra saxlanılan ata Abdullah Horramdin cinayəti həyat yoldaşı ilə birlikdə etdiklərini etiraf edib.

“Yeməyinə yuxu dərmanı əlavə edərək təsirsiz hala gətirdik. Sonra tualetə apardıq. Sonra cəsədi çamadanın içinə qoyub ən yaxın zibilliyin içinə atdıq”, - deyə rejissorun atası ifadəsində bildirib.

Oğullarının evdə dərs dediyi tələbələrlə uyğun olmayan münasibət qurduğunu iddia edən Abdullah Horramdin oğlunun gənc yaşlarından onları daima narahat etdiyini vurğulayıb:

“Universitetdə müəllim idi. Pandemiya səbəbindən dərsləri evdən keçirdi. Amma bizə evdə gün üzü göstərmədi. Onu ayrı evə çıxmağa razı salmağa çalışsaq da, qəbul etmədi”.

Həmin şəxs əlavə edib ki, qızını və kürəkənini də eyni qaydada öldürüblər:

“2011-ci ildə kürəkənimi, 2017-ci ildə isə əxlaq problemlərinə görə qızımı öldürdüm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru