Bakıda polis sevgilisini xidməti silahla öldürdü, özünü güllələdi - Yenilənib

20-05-2021, 20:33           
Bakıda polis sevgilisini xidməti silahla öldürdü, özünü güllələdi - Yenilənib
Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla güllələyib.

Bizimxeber.az bildirir ki, məlumata görə, hadisə bu gün səhər 11 radələrində, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən Osmanov təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb:

Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru