Gürcüstanın turizmdən gəliri 6 dəfəyə yaxın artıb

21-05-2021, 00:08           
Gürcüstanın turizmdən gəliri 6 dəfəyə yaxın artıb
Bu ilin aprel ayında Gürcüstan turizmdən 49,9 milyon ABŞ dolları gəlir əldə edib.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 5,8 dəfə çoxdur.

Ötən ay Gürcüstana səfər edən ziyarətçilərin sayı illik müqayisədə 2,8 dəfə artaraq 88,9 min nəfərə bərabər olub. Ziyarətçilərin 75,8 minini turistlər təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.