Çində zəlzələ: 21 min nəfər təxliyyə edilib, 12 min ev zədələnib

22-05-2021, 06:16           
Çində zəlzələ:
Çində güclü zəlzələ baş verən Yünnan vilayətinin təhlükəli ərazilərindən 21 minə yaxın yerli sakin xilasedicilər tərəfindən təxliyyə olunub.

“Report” xəbər verir ki, bu barədə “Sana” portalı məlumat yayıb.

Yanbi muxtar rayonunda yeraltı təkan nəticəsində bir nəfər ölüb, 21 nəfər xəsarət alıb. Əraziyə 500-dən çox xilasedici və 103 xüsusi avtomobil göndərilib. Xilasedicilər tərəfindən dağıntılar altından 30-dan çox insan çıxarılıb.

Zəlzələ nəticəsində təxminən 12,9 min bina, ev və müxtəlif tikililər zərər görüb, 72,3 mindən çox sakinə maddi ziyan dəyib. Yerli hakimiyyət orqanları təbii fəlakətin ölkə iqtisadiyyatına vurduğu ziyanı hesablayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru