Çində 5 saatdan sonra yenə zəlzələ oldu

22-05-2021, 09:54           
Çində 5 saatdan sonra yenə zəlzələ oldu
Çinin şimal-qərbindəki Çinhay əyalətində 7,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanların Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alındığını açıqlayıb.

Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, hadisədən 5 saat əvvəl Çinin başqa bir ərazisində 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.