Konqoda xüsusi kimyəvi tərkibi ilə tanınan Niraqonqo vulkan püskürüb

23-05-2021, 07:11           
Konqoda xüsusi kimyəvi tərkibi ilə tanınan Niraqonqo vulkan püskürüb
Afrikadakı ən aktiv vulkanlardan biri olan - Konqo Demokratik Respublikasının şərqində yerləşən Niraqonqo vulkanı püskürüb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə vulkanoloq Dario Tedesko bildirib.

O, vulkanın yaxınlığında yerləşən, 1,5 milyon əhalisi olan Qoma şəhərinin ziyan görə biləcəyini vurğulayıb: “Lakin, buna baxmayaraq hazırda vulkana ən yaxın bölgələrdən insanların təxliyyəsi elan olunmayıb”.

Vulkanoloqun bu açıqlamasından bir qədər sonra hökumət sözçüsü Patrik Muyaia "Twitter" səhifəsində sözügedən şəhərdən əhalinin təxliyəsi üçün qərar verildiyini yazıb.

Qeyd edək ki, Albertin riftinin bir hissəsi olan Niraqonqo vulkanının hündürlüyü 3470 m-dir, xüsusi kimyəvi tərkibinə görə tanınır.

Vulkanın yamaclarından lavanın hərəkət saatda 96 km sürətə çatır. Niraqonqonun ən təhlükəli püskürməsi 1977-ci ildə baş verib - 600-dən çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru