Nigeriyada təyyarə qəzası qurbanlarının sayı artıb

23-05-2021, 07:58           
Nigeriyada təyyarə qəzası qurbanlarının sayı artıb
Nigeriyanın Kadun ştatında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“Report”un “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə Nigeriya Müdafiə Nazirliyinin nümayəndəsi Məhəmməd Yerima bildirib. O, qeyd edib ki, Abujidən səmaya qalxmış təyyarədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi İbrahim Attairu da olub.

Onun sözlərinə görə, qəzanın təfərrüatı və matəm mərasimi haqqında təfsilat yaxın vaxtlarda elan ediləcək.

Öz növbəsində Nigeriya prezidenti Məhəmməd Buhari də qəzada həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib

"Onların hamısı bu torpaqda sülhü və təhlükəsizliyi təmin etmək üçün yüksək qiymət ödəyən qəhrəmanlardır", - deyə dövlət başçısı tvitterdəki səhifəsində yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru