Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 21-də Bakıxanov qəsəbəsi ərazisində "Transgeyt" MMC-yə məxsus 10 TE 288 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə ağır xəsarət alan 33 yaşlı kişi vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.