DYP işçisi fırıldaqda ittiham olunur... - Bəxtiyar Əsədov kimdir?
22-02-2016, 22:03
Son illərdə cəmiyyətdə müxtəlif dələduzluq hallarının sayı durmadan artmaqdadır. Sanki bəzi “işbazlar” işini-gücünü buraxıb vətəndaşları aldatmaq barədə düşünürlər. Və çox maraqlıdır ki, xeyli sayda vətəndaşlarımız da belə “işbazlar”ın toruna düşürlər. Belə “işbazlar”dan biri haqqında bəhs edəcəyik.
Qafqaznews.az saytına müraciət edən bir qrup sahibkarı Bəxtiyar Əsədovun kimliyi maraqlandırır. Özünü DİN-in Baş DYPİ-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar Əsədov sahibkarlara söz verib ki, sizin böyük tikinti layihələrində iştirakınızı təmin edə bilərəm. Bəxtiyar Əsədov inandırıcı olması üçün sahibkarlara deyib ki, guya özü çalışdığı idarənin rəhbərinin tikinti biznesini idarə edir. Ancaq özünü Baş DYPİ-nin əməkdaşı kimi təqdim edən Bəxtiyar Əsədov “işini görəndən sonra” aradan çıxıb və sahibkarların telefon zənglərinə cavab vermir.
Problemi həll etmək üçün qafqaznews.az -a müraciət edən sahibkarları maraqlandırır ki, həqiqətənmi, Bəxtiyar Əsədov Baş DYPİ-nin əməkdaşıdır? Onun əməllərindən çalışdığı qurumun rəhbərliyinin xəbəri varmı?
Bəxtiyar Əsədov sahibkarlara deyirmiş ki, idarə rəhbərinin tikinti biznesinə nəzarət erdiyim üçün mənə idarədə iş veriblər.
Sahibkarlar onları aldadan Bəxtiyar Əsədovun fotosunu da redaksiyamıza təqdim ediblər. İndi növbə Bəxtiyar Əsədovun özünü əməkdaşı kimi təqdim etdiyi qurumundur. Kimdir Bəxtiyar Əsədov..?
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.