Nİİ - Nəqliyyatın İntellektual Fırıldaqçılıq Mərkəzi...

24-02-2016, 00:27           
Nİİ - Nəqliyyatın İntellektual Fırıldaqçılıq Mərkəzi...
Bu gün "141" qaynar xəttinə zəng etdim ki, 83 saylı marşurut avtobusundan şikayət edəm. Deyəm ki, hər gün işə gedəndə, gələndə ən azı yarım saat dayanacaqda avtobus gözləməli oluruq. İlin-günün bu vaxtında (əcnəbilərin seyrə balonlarla çıxdığı bir dövrdə) bu nə cür "intellektual" idarəetmədir?

Elə bunları demək məqsədi ilə "141" qaynar xəttini yığdım. Operator cavab verdi ki, Azərbaycan dilində danışmaq istəyirsizsə, "1" düyməsini basın. "1" düyməsini basanda bir xeyli musiqi səslənsə də (Hiss olunurdu ki, çağırış musiqiylə müşayət olunur. Axı İntellektual Mərkəzə zəng etmişdim) zəngimə cavab verən tapılmadı. Buna baxmayaraq, "odboy" verəndə gördüm bir xeyli konturum gedib. Bir qədər keçəndən sonra təkrar zəng etdim ki, görüm cavab verən tapılacaqmı? Yenə eyni prosedur qaydaları təkrar olsa da, musiqili zəngimə cavab verən tapılmadı. Və yenə də xeyli konturum getdi.

Deyirəm bu cür İntellektual (?) İdarəetmə Mərkəzi olan ölkədə 83 saylı marşurut avtobusu yarım saatdan bir gəlirsə, buna da şükür. Bunların "Qaynar xətt"inə sərf etdiyim konturun puluyla mən iki gün işə gedib-gələ bilərdim. Həm də 83-ü gözləmədən, iki marşurut dəyişməklə...

Görəsən dövlət büdcəsinin belə kəsir vaxtında, hər sahədə qənaətin vacib olduğu bir dövrdə "Nəqliyyatın İntellektual (?) İdarəetmə Mərkəzi" kimi mənasız bir qurumu saxlamaq, ona elə böyük və bahalı bina ayırmaq, bina dolusu insana hər ay milyonlarla manat əmək haqqı və s. xərclər çəkmək kimə lazımdır - əgər hər gün bir neçə saatımızı dayanacaqda itirəcəyiksə? Məncə bu barədə fikirləşməyin vaxtıdır.ULUYOL.İNFO/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.