Rusiyada uşaqlarla dolu avtobuslar toqquşdu: 15 nəfər yaralandı - FOTO/VİDEO

22-06-2021, 07:58           
Rusiyada uşaqlarla dolu avtobuslar toqquşdu:
Kubanda uşaqlarla dolu olan iki avtobus toqquşub, nəticədə nəqliyyat vasitələrdən biri alovlara bürünüb. İlkin məlumatlara görə, sürücü və 15 uşaq xəsarət alıb. Ondar xəstəxanalara yerləşdiriliblər.

Bu barədə “Podyom” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, avtobuslarda ümumilikdə 62 uşaq, iki sürücü və iki müşayiətçi olub. Qəzanın əyləcdə yaranan problemə görə baş verdiyi ehtimal edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.