Rusiyada ayı turist qrupuna hücum edib, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb 22-06-2021, 08:07 Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı 13 nəfərdən ibarət turist qrupuna hücum edib.APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.Turist qrupu dərhal marşrutdan çıxarılıb.Federal İstintaq Komitəsinin regional idarəsində istintaq başladılıb.Qeyd edək ki, "Erqaki" parkı Krasnoyarsk bölgəsinin cənubunda yerləşir. Sahəsi 342 min hektardır. Facebook-da paylaş