Bir müddət əvvəl birdəyə 10 uşaq dünyaya gətirdiyini iddia edən Cənubi Afrika sakini Qosiame Sitxole psixoloji dispanserə yerləşdirilib.
Hafta.az Daily Mail qəzetinə istinadla xəbər verir ki, qadının vəkili onun xəstəxanada zorla saxlanıldığını iddia edir. İyunun 8də Sitxolenin 7-si oğlan, 3-ü qız olmaqla on uşaq dünyaya gətirdiyi xəbəri yayılmışdı. Lakin uşaqların atası Teboxo Sotesinin sözlərinə görə, Sitxole xəstəxanaya gedəndən nə onu, nə də uşaqları görüb. Bir neçə xəstəxanaya müraciət etsə də, həikmlərin heç biri belə doğum faktı qeydə alınmadıını söyləyiblər.
Sotesinin bəyanatından sonra onun həyat yoldaşını polislər qohumlarının evində həbs ediblər. Onlar qadını psixoloji yoxlanışdan keçirilməsi üçün xəstəxanaya gətiriblər. Bir müddət əvvəl isə, Sitxole ərini uşaqlar barədə xəbərdən istifadə edərək qazanc əldə etməkdə ittihamlamışdı. qadının sözlərinə görə, o uşaqların yerini gizli saxlayır və heç kimə göstərməyəcək.