İstirahətdən sonra banka 50 MİLYARD DOLLAR BORCU YARANDI

24-06-2021, 00:05           
İstirahətdən sonra banka 50 MİLYARD DOLLAR BORCU YARANDI
Amerikalı Medi MakQivern dostlarıyla istirahətdən sonra gecə saat 2-də ayılaraq bank hesabında nə qədər pulunun qaldığını öyrənmək istəyib.

Hafta.az xəbər verir ki, qadın hesabında 76 dollar olduğunu xatırlayıb. Lakin telefonla banka göndərilən sorğuya gələn cavab qadını şoka salıb. Onun banka 10 milyardlarla dollar borcu olduğu bildirilib. "Mən Los-Ancelesi aldığımı söyləmək istərdim, lakin bu mən deyiləm" - deyə qadın olayla bağlı danışarkən deyib. Banka zəng edəndə isə, operator yayındırıcı cavab verib. Səhər banka gedəndə isə bank işçiləri ona yazılmış 50 milyard dollarlıq borcun müştərilərə hesablarının "qaydasında olmamasını xəbər etməyin yeni üsulu" adlandırıblar. Daha sonra isə bu borcu siliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru