Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR

24-06-2021, 00:03           
Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR
Bugün Ermənistanın Gümrü şəhərində dövlət xidmətlərini bir məkanda birləşdirən ofisin açılışı olub.

KAİM.az xəbər verir ki, ofisdə Şirak bölgəsində yaşayan ermənilər üçün 110 dövlət xidməti – o cümlədən, Ədliyyə Nazirliyi, polisin pasport-viza idarəsi, Əmək və Sosial Təminat Nazirliyinin Sosial Təminat Xidməti, Milli Arxiv və s. qurumların xidmətləri bir məkanda birləşir.

Dövlət xidmətlərini bir mərkəzdə birləşdirəcək sistemin qurulmasına ötən ildən başlanılıb. Məqsəd vətəndaşların öz problem və ehtiyaclarını həll etmələri üçün bir qurumdan digərinə getmələrinin, vaxt itirmələrinin qarşısını almaqdır.

Xatırladaq ki, konsepsiya və stuktur baxımından Ermənistanda fəaliyyət göstərən dövlət xidmətlərinin birgə ofisi Azərbaycanda hələ 2012-ci ilin iyulunda yaradılmış “ASAN xidmət”lə eynilik təşkil edir.

/ Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru