ABŞ-da təyyarə qəzası: ölənlər var 11-07-2021, 20:59 ABŞ-ın Arizona ştatında meşə yanğınlarının söndürülməsinə cəlb edilən təyyarə qəzaya uğrayıb.Axar.az xəbər verir ki, hadisə nəticəsində göyərtədə olan 2 nəfər həlak olub.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, meşə yanğınları təxminən 100 nəfərin yaşadığı məntəqənin yaxınlığında başlayıb. Yanğına səbəb kimi ildırım vurması göstərilir. Facebook-da paylaş