Məhkəmə qərarlarını saya saymayan sığorta şirkətləri vətəndaşı belə süründürür - FOTOLAR
4-05-2015, 21:14
İmişli rayonu Cəfərli kənd sakini Quliyev Elburus Pəsi oğluna m'xsus 99-GC-112 dövlət nömrə nişanlı "Lada 21703"" markalı avtomol 2014 cü il mart ayının 11-də Saatlı rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 51-ci km-də qəzaya düşüb. Qəza faktı qeydə alınmasına baxmayaraq bu günə kimi avtobilə dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənmir.
Bu haqda Avropa.info-ya məlumat verən Elburus Quliyev bildirir ki, avtomobilinə dəyən ziyan "ERA Trans" (kasko) və AR Dövlət Komersiya Siğorta şirkəti (icbari) tərəfindən ödəmir.
"Bir ildən çoxdur ki, məhkəmələrin qərarına belə əməl etməyən siğorta şirkətləri tərəfindən süründürülürəm. Hal-hazırdada atomobili qəzalı vəziyyətdə idarə etmək məcburiyyətində qalmışam. Xahiş edirəm əlaqədar dövlət qurumları bununla bağlı tədbir görsün."
Mövzu ilə əlaqədar adları çəkilən sığorta şirkətlərinin də mövqelərini dərc etməyə hazırıq