Polis serjantı qəza törətdi - DƏHŞƏTLİ FOTOLAR

16-03-2016, 23:03           

Avtomobillərə ciddi ziyan dəyib.

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı, “Hyundai” və 90 -UJ -170 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. “Hyundai” markalı avtomobilin sürücüsü polis serjantı olub.

Faktla bağlı araşdırma aparılır. /apa.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru