DÇ-2026 seçmə mərhələsi: Xorvatiya və Danimarkadan qələbə, İsveçdən məğlubiyyət VİDEO Bu gün, 09:47 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.Oxu.Az xəbər verir ki, II turun ikinci oyun günündə bir sıra maraqlı nəticələr qeydə alınıb.Xorvatiya doğma azarkeşləri önündə Monteneqro ilə üz-üzə gəlib. Balkan derbisində meydan sahibləri rəqibini darmadağınla məğlub ediblər - 4:0.Danimarka millisi səfərdə Yunanıstanın qonağı olub və meydan sahiblərini üç cavabsız qolla üstələyib - 0:3.İsveç yığması isə Kosovo səfərindən əliboş qayıdıb. 90 dəqiqə ərzində fərqlənə bilməyən vikinqlər qapılarında iki qol görüblər - 2:0.Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:Belarus - Şotlandiya 0:2;Cəbəllüttariq - Farer adaları 0:1;İsrail - İtaliya 4:5;İsveçrə - Sloveniya 3:0. Facebook-da paylaş