Evimizi,torpağımızı Qarabağda erməni dığaları.......

19-03-2016, 13:11           
Evimizi,torpağımızı Qarabağda erməni dığaları.......
Nərimanov rayonu,Ə.Rəcəbli küçəsindəki 46 saylı əlil və şəhid ailələri üçün tikilən və hələ tikilməmişdən zəbt olunan evin sakinlərinin BŞİH başçısı Hacıbala Abutalobovu “Novruz qonaqlığı”na çağırmasından yazmışdıq.”Qonaqlığın” başlıca nədəni mer vəzifəsini də icra edən baş şəhərimizin başçısının sözügedən ailələrin sərbəşt toplaşmaq hüququna indiyədək qadağa qoymasıdır.Hər yol BŞİH-dən konstitusion hüququn “Sərbəst toplaşmaq haqqında” qanuna zidd olduğu cavabını müraciətlərindən ən azı on gün sonra alan əlil-şəhid ailələri məcbur olub,olmayan həyətlərindıə başçını “papaq atmağa” çağırıblar.
Ədalət adına deyək ki,bu yol cavab məktubu toplantıya-qonaqlığa bir gün qalmış verilib.Amma məktubun məzmunu eynidir:olmayan həyətdə toplanmaq,lap bayram günü də olsa belə,”Sərbəst toplaşmaq haqqında” qanuna ziddir.(Yəqin bu ziddiyyətin nədən qaynaqlandığına məhkəmədə cavab verməli olcaq şəhər rəhbərliyi).Hacıbala müəllim Nərimanov RİH başcısına bu qanuna zidd əməllə bağlı vətəndaşa cavab vermək gərəkdiyini də ayrıca vurğulayıb.Nərimanov RİH-in cavabı isə bəllidir.”Azadlıq” radiosunun “Novruz qonaqlığı”na nədən olan faktlarla bağlı sorğusuna RİH-dən bu sətirlərin yazarının hər ay belə müraciətlər etdiyi cavabını verib, “ev əlillərindir,küçə ki əlillərin deyil “ vurğulayıblar.Bəs tikinti işləri BŞİH-in sərəncamı əsasında aparılır.Axı,əlillər evinin tikintisinə ayrılan 36 sotluq torpağın cəmi 8 sotu əlillərə nəsib olub.28 sotunu ,belə bəlli olur, BŞİH özü satıb.Axı dəfələrlə BŞİH bildirib ki,torpaq bələdiyyənindir və ona sərəncam vermək hüquqları yoxdur.İndi necə olur,dövlət sifarişilə tikilən evi beləcə yağmalayırlar?Baxın,binanın kanalizasiyası yerli-dibli yoxdur,amma hər ay əlil-şəhid ailələrindən kanalizasiya xidmətinə görə haqq alırlar.Qaz 4 ildən sonra Prezidentin qəfil gəlişindən qorxuya düşərək verilib.Telefona görə hər evdən 120-200 manat alıblar.Bina dörd yandan hasarlanıb.FHN özü dəfələrlə bildirib ki,standartın tələbi pozulub,fövqəladə hallarda maşınların girməsi belə mümkünsüzdür,onlardan xəbərsiz istismara qəbul olunub.Başqa sözlə əlil-şəhid ailələrinin həyatı məmurların kommersiya maraqlarına qurban verilməsi faktdır.Və bu qurban adətindən hələ ki əl çəkilməsi fikirləri də görsənmir.
...Ümid sonda ölür deyiblər.Deputatlarını,seçki məntəqələrini tanımayan əlil-şəhid ailələrinin son ümid yeri Prezidentdir.Atalar yaxşı deyib,125 deputata yalvarınca,bir Prezidentə yalvar.Bu yol Prezidenti qonaq çağırmaq fikrində olan bina sakinləri dəvətlərinin qəbul ediləcəyinə ümidlidirlər.
MƏĞRUR BƏDƏLSOY












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.