Son bir ildə Azərbaycanda 212 nəfər müharibə veteranı ölüb

19-03-2016, 13:31           
Son bir ildə Azərbaycanda 212 nəfər müharibə veteranı ölüb
1941-ci il iyunun 22-də faşist Almaniyası müharibə elan etmədən Sovet İttifaqına hücuma keçdi. Ölkənin ordu və əhalisi müharibəyə hazır olmadığından ilk gündə 1200 sovet təyyarəsi məhv edildi.

1941-ci ildən 1945-ci ilədək davam edən müharibə zamanı ordu sıralarına Azərbaycandan 600 min nəfərdən çox insan cəlb edilib.

Azərbaycan SSR-in ərazisində 87 tabor, 1123 özünümdafiə dəstəsi yaradılıb, 77-ci atıcı, 223-cü atıcı, 396-cı atıcı, 402-ci atıcı və 416-cı atıcı diviziyalar formalaşdırılıb. Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu şərəfli ada iki dəfə layiq görülən Həzi Aslanov olub. Sovet İttifaqı Qəhrəmanı adını alanlardan 42-i nəfər milliyyətcə azərbaycanlı idi, onlardan 14-ü ölümündən sonra bu ada layiq görülmüşdü.

İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı isə leytenant İsrafil Məmmədov olub.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, 2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən şəxslərə təyin olunan təqaüdü alanlar arasında 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 447 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 516 nəfərdir.

Bir il öncə, 2015-ci il yanvar ayının 1-də həmin təqaüdü alan alan 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 551 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 664 nəfər olub:

“2014-cü ilin anoloji dövründə isə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən şəxslərə təyin olunan təqaüdü alan 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 667 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı 1057 nəfər təşkil edib”.

Statistik məlumatlardan görünür ki, ötən ildən indiyədək Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən şəxslərə təyin olunan təqaüdü alan 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 64 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə148 nəfər azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.