Davada qoparılan qulağını qağayı götürüb uçdu – FOTO/VİDEO

27-05-2022, 11:14           
Davada qoparılan qulağını qağayı götürüb uçdu – FOTO/VİDEO
Qadına qarşı şiddət göstərən gəncin qarşısını almaq cəhdi 29 yaşlı Eyup Çeliyə baha başa gəlib. Belə ki, dava zamanı o qulağını itirib.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Zərərçəkənin iddiasına görə, sahildə gənc cütlüklər arasında davanın şahidi olub. Bir müddət sonra o, qadının kömək istəyinə biganə qala bilməyib və hadisəyə müdaxilə edib. Bundan qəzəblənən qarşı tərəf - Almaniya vətəndaşı Alparslan Seyrək qızı buraxıb və ona hücum çəkib. Dava zamanı A.Seyrək dişi ilə E.Çeliyin qulağından bir parça qopararaq yerə atıb. Bu zaman yaxınlıqda uçan qağayı onu götürərək uçub.


Hadisə ilə bağlı tərəflər məhkəməyə müraciət edib.

Eyup Çelik qulağından iki dəfə əməliyyat olunub, ancaq vəziyyəti hələ də ürəkaçan deyil.

“Dostlarım mənə deyir ki, niyə qarışırdın, qoy öldürərdi. Amma mən yenə görsəm, yenə müdaxilə edərəm. Mənə bunu edən qıza gör nələr edərdi”, - deyə o, bildirib.

A.Seyrək saxlanılıb, məhkəmə davam edir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru