Təqaüdçünün meyiti altı il mənzilindəki divanın üzərində qalıb 17-07-2022, 12:05 Rusiya paytaxtı Moskva şəhərinin mərkəzində, mənzildə 6 il əvvəl ölən kişinin meyiti tapılıb.Bu barədə Moskva şəhərinin hüquq-mühafizə orqanları məlumat yayıb.Cəsəd divanda uzanmış vəziyyətdə olub. İlkin məlumatlara görə, bu adamın ölümü 6 il əvvəl öz mənzilində baş verib.Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.Təqaüdçünün kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.Mənbə: Mskagency.ru Facebook-da paylaş