Britaniyalı turist helikopterin yanında selfi çəkdirərkən həyatını itirib

27-07-2022, 09:09           
Britaniyalı turist helikopterin yanında selfi çəkdirərkən həyatını itirib
Yunanıstanda helikopterin yanında selfi çəkdirən britaniyalı turist ölüb.

Verilən məlumata görə, hadisə baş verən zaman 22 yaşlı Cek Fenton Mikonos adasından materikə qayıdırmış. O, helikopterdən düşüb və işləyən pərvanənin yanında selfi çəkdirmək qərarına gəlib. Lakin çox yaxınlaşıb və hadisə şahidlərinin dediyinə görə, başı qopub.


Bildirilir ki, hadisə ilə bağlı vertolyotun pilotu qəsdən adamöldürməkdə ittiham edilə bilər. Belə ki, helikopterin rotor bıçaqları dayanmadan sərnişinlərin çıxmasına icazə verilməməlidir.

“Biz yerli polislə əlaqə saxlayaraq Yunanıstanda ölən britaniyalının ailəsinə dəstək olmağa çalışırıq”, - deyə Böyük Britaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, eyni zamanda ölənin valideynləri də adadan qayıdırdılar, lakin başqa helikopterlə uçublar. Cekin anası və atası şərh verməkdən imtina etdilər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru