Britaniyalı evləndikdən bir neçə saat sonra arvadını öldürdü

27-07-2022, 10:45           
Britaniyalı evləndikdən bir neçə saat sonra arvadını öldürdü
İngiltərədə kişi toydan bir neçə saat sonra arvadını öldürüb.

Hadisədən bir qədər əvvəl qadın rəfiqəsinə ərinin davranışından qorxduğunu deyib.

Məlumata görə, 45 yaşlı Tomas Nat 2012-ci ildən tanış olduğu 52 yaşlı Dona Uokeri öldürüb, onun cəsədini parçalara ayırıb, qalıqlarını çamadanlara qoyub və kolluqlara atıb.

Bundan sonra britaniyalının özü polisə xəbər verərək həyat yoldaşının itkin düşdüyünü bildirib. Lakin axtarış zamanı məmurlar həmin şəxsin özündən şübhələnib və o, sübutların təzyiqi altında cinayəti etiraf edib.

Tomas həqiqətən arvadını öldürdüyünü, lakin mübahisə zamanı bunu istəmədən etdiyini deyib.

Hazırda o, həbsdədir və məhkəmənin hökmünü gözləyir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru