19 yaşlı qız Mingəçevir qəbiristanlığında evli sevgilisini haqq-hesaba çəkdi, mübahisə qanla bitdi

27-07-2022, 11:09           
19 yaşlı qız Mingəçevir qəbiristanlığında evli sevgilisini haqq-hesaba çəkdi, mübahisə qanla bitdi
Mingəçevirdə gənc qız sosial şəbəkədə tanış olduğu şəxsi bıçaqlayıb.

Oxu.Az-ın məlumata görə, hadisə Mingəçevir kənd qəbiristanlığının ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Eyvazova Şəvəndiyev Nizami Qasım oğlu ilə sevgili olublar. Aralarında soyuqluq yarandığı üçün qız münasibətləri aydınlaşdırmaq məqsədilə onu qəbiristanlığa çağırıb. T.Eyvazova sevgilisinə xəsarət yetirib.

Qeyd edək ki, kişi evli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirilib ki, məsələ barədə məhkəmə tibbi ekspertiza təyin olunub:

“Hadisəni törədən şəxs saxlanılaraq izahatı alınıb və istintaq bölməsində araşdırmalar davam etdirilir”.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru