Sudanda toqquşmalar nəticəsində 25 nəfər ölüb – YENİLƏNİB
16-04-2023, 12:14
Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən toqquşmalar nəticəsində azı 25 nəfər ölüb, 183 nəfər yaralanıb.
Məlumata görə, ölkədə vəziyyət gərgin olaraq qalır. Ölkənin silahlı qüvvələrinin komandanı üsyana qalxan Çevik Reaksiya Qüvvələrinin buraxılması barədə əmr imzalayıb.
Qeyd edək ki, Sudanda baş verənlər aprelin 17-də BMT-də müzakirəyə çıxarılacaq.