Ermənistanda bəyanat verildi: - Ruslar çıxarılır, Bakı nəzarət edəcək

Bu gün, 07:04           
Ermənistanda bəyanat verildi: -
Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının çıxarılmasına hazırlıq gedir.

Teleqraf xəbər verir ki, bu barədə “Ana Ermənistan” Hərəkatının bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, proses Nikol Paşinyan hökuməti tərəfindən başladılıb və idarə olunur.

“Zəngəzur dəhlizini əldə etdikdən sonra rəqiblərimiz növbəti mərhələyə keçirlər: 102-ci hərbi bazanın çıxarılması prosesinə. Bundan sonra Ermənistanın Türkiyə və Azərbaycana tam təslim olması sadəcə texniki məsələ olacaq”, - hərəkat vurğulayıb.

Bəyanatda Bakı və Ankaranın təkcə Zəngəzur dəhlizinə yox, bütün Ermənistana nəzarət edəcəyi iddia olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru