BMW "Gelandewagen"ə rəqib hazırlayır

Bu gün, 09:16           
BMW "Gelandewagen"ə rəqib hazırlayır
BMW populyar "Mercedes-Benz G-Class" yolsuzluq avtomobili ilə rəqabət aparacaq G74 yolsuzluq modelini buraxmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "Automotive News" məlumat yayıb.

Məlumata görə, "Gelandewagen"in rəqibi yeni nəsil X5 krossoverinin uyğunlaşdırılmış platforması əsasında qurulacaq.

G74 layihəsinin təfərrüatı hələ bəlli deyil. İlkin məlumatlara görə, yolsuzluq avtomobili hibrid mühərriklə təchiz oluna bilər.

Avtomobilin 2028-2029-cu illərdə buraxılması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru