Erməni müxalifətinin qarın ağırısı: İrəvan hökuməti onları “nadan” adlandırdı

Bu gün, 16:16           
Erməni müxalifətinin qarın ağırısı: İrəvan hökuməti onları “nadan” adlandırdı
8 avqustdan sonra az qala yaxsını cıran Ermənistan müxalifəti hər vəchlə Azərbaycanla sülh sazişinə çıxmağa cəhd edir.

Tribunainfo.az xəbər verir ki, erməni müxalifəti dünən davamlı olaraq bununla bağlı bəyanatlar yayıb.

“Haykve” Hərəkatı bəyanatında iddia edib ki, Vaşinqtonda imzalanan sənədlər sülh sazişi deyil, yeni güzəştlər üçün zəmindir.

Ermənistan parlamentində təmsil olunan “Haystan” bloku isə iddia edib ki, onlar bu razılaşma ilə barışmayacaqlar. Koçaryan və Sarkisyan ittifaqı kimi tanınan bu blok erməni xalqını Vaşinqton razılaşmasına qarşı çıxmağa çağırıb.

Bu əsnada vaxtıyla Qarabağ məsələsindən bəsdir deyincə pul qazanmış sabiq XİN başçısı Vartan Oskanyan da dayanmaq bilmir. O iddia edib ki, Zəngəzur dəhlizi nəqliyyat əlaqələrinin normllaşması deyil, asılılıq dəhlizidir. “Bu diplomatiya deyil, milli ləyaqətin satılmasıdır”.

Ermənistan hökuməti isə müxalifəti müharibə tərəfdarı olduğunu qeyd edib. Ermənistan baş nazirinin aparatı rəhbərinin müavini Taron Çaxoyan bilddirib ki, Koçaryan və müttəfiqələri sülh müqaviləsi əleyhinədir. “Ermənistanı periferik əyalətə çevirmək üçün onlara müharibə lazım idi. Ermənistanı sıxışdırıb talayan qrupa onilliklər boyu davam edən talanları ört-basdır etmək üçün müharibə bahasına hakimiyyət dəyişikliyi lazım idi. Sülh olacaq, dövlətdən oğurlananlar geri qaytarılacaq”.

Hakim Mülki Müqavilə Partiyasının rəsmisi Kristine Vardanyan isə erməni müxalifətini “nadan” adlandırıb. “Bu adamların “dəhlizi verdilər”, “türk gəldi”, “satdılar”, “xəyanət etdilər” sözləri artıq nadanlığın sübutudur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru