Nəcməddin Sadıkov Türkiyədə dindirlib... Ona verilməli olan suallar qalıb TƏFƏRRÜAT
Bu gün, 00:01

Mətbuatda rast gəldim ki, Türkiyənin "Middle East Eye" qəzetinin müxbiri Ragıp Soylu, bəzi diplomatik mənbələrə istinadla məlumat yayıb. Məlum olur ki, 2020-ci ildə olan 44 gün Vətən müharibəsi zamanı Azərbaycanın Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyənin xüsusi xidmət orqanları tərəfindən Türkiyəyə aparılıb, orada bir neçə gün dindirilib.
Mən, hər zaman fakt, sübuta əsaslanan praktik, real təhqiqatçı kimi bu iddianın nə dərəcə əsaslı olduğunu deyə bilmirəm. Həm də N. Sadıqovun barəsində onun Rusiya kəşfiyyatına işləməsi ilə bağlı çoxlu şübhələrin (elə, öz şübhələrimin də) olmasına baxmayaraq, onu xəyanətdə, ya digər növ hərbi cinayətdə təqsirkar çıxarmıran. Çünki bu, daha imkanlı rəsmi istintaq orqanları işidir.
Ancaq, öz müstəqil araşdırmamla N. Sadıqovun şübhə doğurduğu və rəsmi araşdırmaya ehtiyac duyulduğu düşündüyüm məqamlar və fəaliyyəti barədə hallar və sualları hələ 17 avqust 2020-ci ildə, vətən müharibəsi ərəfəsi yazdım, mətbuat, saytlarda da gedib. Daha, yeni dəfə paylaşıram.
""

BU HALLAR RƏSMÌ ARAŞDIRILMALIDIR...
Oxucular xahiş edir ki, Nəcməddin Sadıqovun haqqında apardığımız ilkin müstəqil təhqiqat zamanı, onun barəsində istintaq araşdırması aparıla biləcək bəzi halları dərc edək, buyurun:
▪️1988-ci ildə ilk dəfə Bakıda Fövqəladə Vəziyyət elan olunandan SSRİ SQ tərkibində Azərbaycana ezam olunma səbəbi və fəaliyyəti.
▪️1990-cı il 20 yanvar hadisələri zamanı indiki Göygöl (o zaman Xanlar) rayonunun hərbi komendantı təyin edilmə səbəbi və fıaliyyəti. Xanlar rayonunda komendant olduğu dövrdə erməni əhalinin silahlandırlılması və digər yerli əhalinin silahlarının yığılması barədə fəaliyyəti. ▪️1992-ci ilin əvvəli Rusiyada alay komandiri müavini, podpolkovnik rütbəsində xidmətdə olduğu, Rusiyada doğulub, vətəndaşı olduğu, yalnız rus dilində danışdığı halda və Rusiya ordusunun da ermənilərə kõmək mõvqeyinin guya əksinə gedib(!?) qəflətən Azerbaycanda, on cəbhədə komandir kimi peyda olması və sonra da Rusiyadan təltiflər, "geroy" alması!!?
▪️1992-ci ilin sonlarında cəbhədə bõlmelerimizin hücum əməliyyatlarının provakasiya nəticəsində dayandırılması.
▪️1993-cü ilin əvvəlindən başlayaraq Sadıqovun Azərbaycan ərazilərinin işğalı senarisinin başlanması ve davamında hərbi komandir kimi rolu. Və bu ssenari bitdikdən sonra, işğal durumunun saxlanmasında baş qərgah rəisi vəzifəsinə (1993 noyabr) təyininin sonrası rolu.
▪️1994-cü il Kəlbəcəri işğaldan azad etmək məqsədilə qış əməliyyatının keçirilməsi və həmin əməliyyatda 5000-ədək hərbi qulluqçu itrkisində Baş Qərargah rəisi kimi bağlılığı.
▪️Sonrakı dövrlər ölkəmizdə ya xaricdə təhsil alan peşəkar hərbi qulluqçuların vaxtından tez xidmətdən uzaqlaşdırılması.
▪️Rusiya ilə bağlı heçbir xidmət olmadığı halda və Azərbaycanda xidmət edib layiq bilinmədiyi halda Rusiyada (Dağıstan milli qəhrəmanı) milli qəhrəman elan edilməsi.
▪️MN-də xüsusi mühüm vəzifələrə (arxiv) rus vətəndaşları olmuş şəxslərə təyinat verilməsi.
▪️Əsaslı rüşvət və korrupsiya faktları, dõvlətə orduya məxsus sahələrin zəbt edilib şəxsi villa və digər mülklər tikilmesi.
▪️Aprel döyüşləri zamanı tutulmuş ərazilərin yenidən boşaldılması və yüksək rütbəli hərbi qulluqçuların pusquya düşməsi.
▪️2017-ci il bir qrup hərbi qulluqçuların vətənə xəyanətlə ittiham olunması, onların bir qisminin öldürülməsi, sonradan öldürülənlərin bəzilərinə bəraət verilmə qədər haqsız əməliyyat-istintaq.
▪️2020-ci il iyulda düşmən tərəfin Tovuz təxribatında general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitlərimizin eyni yer və vaxtda dusmənin sərrast atəşi ilə vurulması məsələsi.
İlqar Altay.