Bakıda ağaclar məhv edilərək qanunsuz obyekt inşa olunur…. Hansı məmur icazə verib?

Bu gün, 16:56           
Bakıda ağaclar məhv edilərək qanunsuz obyekt inşa olunur….
Bakıda Binəqədi rayonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan aparılan qanunsuz tikinti işlərinin sayı artmaqdadır.

XALQ xəbər verir ki, belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonunda aparılıb.

Məlumata görə Binəqədi rayonu ərazisində inşa edilən tikintidə yaşıl irigövdəli ağaclar məhv edilir.

Qeyd edək ki, dövlət qurumlarının hər hansı bir rəsmi icazəsi olmadan aparılan tikinti Binəqədi icra hakimiyyətinin səlahiyyətli şəxsi tərəfindən “razılaşma” əsasında aparıldığı bildirilir.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və Binəqədi icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı

Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev

media-elxan

Qurumların fikirlərini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru