Marukyan sənəd yaydı: Bakı Zəngəzur dəhlizinə ortaqdır

Bu gün, 09:14           
Marukyan sənəd yaydı:
“Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır”.

Bunu “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib.

Siyasətçinin sözlərinə görə, Vaşinqtonda razılaşma ikitərəfli qaydada əldə olunub, ABŞ Prezidenti Donald Tramp burada sadəcə şahid qismində iştirak edib:

“Hakimiyyətimiz Vaşinqtonda imzalanmış bəyannaməni üçtərəfli öhdəlikləri nəzərdə tutan üçtərəfli sənəd kimi təqdim edir. Əslində, Vaşinqtonda imzalanan bəyannamə ikitərəfli xarakter daşıyır, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb, ABŞ Prezidenti Donald Tramp isə burada prosesin şahidi – tərəf və ya zamin kimi yox, məhz şahid kimi çıxış edib.

Sözlərimi sübut etmək üçün sənədin ingilis dilində rəsmi versiyasını təqdim edirəm, burada ABŞ prezidentinin adının yanında “Witnessed by:” (“Şahidin iştirakı ilə”, yaxud “Şahid tərəfindən təsdiqlənmiş” kimi tərcümə olunur) ifadəsi var”.

Marukyan vurğulayıb ki, bu bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinin ortaqlarından biridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru