3-cü kurs tələbəsi olduğu deyilən nazirin 248 min manatlıq təmiri dayandırıldı

Bu gün, 08:14           
3-cü kurs tələbəsi olduğu deyilən nazirin 248 min manatlıq təmiri dayandırıldı
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi inzibati binada təmizlik, fasad şüşələrinin və bütün fasad hissələrinin yuyulması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

32gin.az xəbər verir ki, ləğv edilməyə səbəb kimi satınalmada iştirak üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib. Nazirlik qeyd edib ki, təklif verənlərin sayı qanunvericiliklə müəyyən edilən minimum həddən az olduğu üçün müsabiqənin tamamlanması mümkün olmayıb.

Xidmətlərin satın alınması üçün ehtimal olunan qiymət 247.970,32 manat təşkil edirdi.
Qeyd edək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdur.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, Nazir Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma institutunda 3-cü kursda təhsil alır və Qida və Aqrobiznes üzrə Executive MBA proqramına qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru