İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu - TƏFƏRRÜAT

Bu gün, 17:39           
İcra başçısının Çinarlıdakı keçmiş nümayəndəsinə hökm oxundu - TƏFƏRRÜAT
Rüşvət almaqda, dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi - "Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə Heyətinin sədri Elçin Abbasova hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 308.2, 311.3.2, 312-1.1-ci maddələri ilə mühakimə olunan Elçin Abbasova 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu cəza 4 il sınaq müddəti ilə şərti hesab edilib.
İttiham aktına görə, Elçın Abbasov 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasında, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurub.
Cinayət işi üzrə 21 nəfər zərərçəkmiş qismində tanınıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdir. O, 2021-ci ilin sentyabrından rayona rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru