Ermənistanda tətil edən hindistanlılara cinayət işi açıldı

Bu gün, 16:37           
Ermənistanda tətil edən hindistanlılara cinayət işi açıldı
Ermənistan Prokurorluğu Hindistandan olan əmək miqrantlarının İcevanda tətilindən sonra cinayət işi açıb.
Cinayət işi Cinayət Məcəlləsinin bir sıra - silahla hədələmə, fiziki zorakılıq, tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma maddələri ilə açılıb.
Bundan əvvəl sosial şəbəkələrdə Hindistandan gələn, tətil edən miqrantların etiraz əlaməti olaraq yolu bağladıqları İcevandan görüntülər yayılıb.
Əvvəllər Hindistandan gələn işçilərə maaş verilmədiyi bildirilmişdi, lakin sonradan məlum olub ki, 205 tətilçinin hamısı rəsmi olaraq işlə təmin edilib, üç illik müqavilələri var və maaş borcu yoxdur. “İdc Qrand Tekstile” fabrikinin direktoru Mher Mirzoyanın sözlərinə görə, onlar maaşlarının artırılmasını tələb edirlər.
Hindistanın Ermənistandakı səfiri həmyerliləri ilə görüşmək üçün İcevana gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru