ABŞ-də qolsuz avtoyarışçı rekord qırdı: 346 km/saat sürət yığdı
Bu gün, 15:58
Amerikalı Mett Statsman qolsuz doğulub. O bu yaxınlarda draq reysinq yarışında 346 km/saat sürət yığaraq rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Drive" yazır.
Rekordçu öz nailiyyətini 1968-ci ildə hazırlanmış, xüsusi turbomühərriklə təchiz edilmiş "Chevrolet Camaro" ilə qazanıb.
Stutsman təkcə yarış avtomobilini sürmür. O həmçinin maşının təmiri və sazlanmasına da kömək edir. Görünür, bu qolsuz adam hər iki qolu olan sağlam şəxslərdən daha çox iş görə bilir.