Hava limanında iki təyyarə toqquşdu

10-06-2023, 14:24           
Hava limanında iki təyyarə toqquşdu
Tokionun Haneda hava limanında iki sərnişin təyyarəsi uçuş-enmə zolağında bir-birinə çırpılıb.

Publika.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Tayvanın EVA və "Thai Airways" aviaşirkətlərinin təyyarələri toqquşub. Yayımlanan görüntülərdə laynerlərin bir-birinə yaxın olduğu görünür. "Thai Airways"ə məxsus təyyarənin qanadı zədələnib. Zərərçəkənlər barədə məlumat verilmir.

Hadisə yerinə hava limanının əməkdaşları gəlib. Hadisənin baş verdiyi uçuş-enmə zolağı müvəqqəti bağlanıb. Qeyd olunur ki, bəzi daxili və beynəlxalq reyslər 30 dəqiqədən bir saata qədər gecikib. Hadisənin səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru