İranda doqquz yaşlı uşaq polisin atdığı güllənin qurbanı oldu - FOTO

11-06-2023, 00:04           
İranda doqquz yaşlı uşaq polisin atdığı güllənin qurbanı oldu - FOTO
İranda 9 yaşlı uşaq polisin atdığı güllənin qurbanı olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Şüştər şəhər Polis İdarəsinin əməkdaşlarının içərisində sərnişinlər olan minik avtomobilinə atəş açması nəticəsində Murtaza Dolf Zərqani həlak olub.

Uşağın atası polisin heç bir xəbərdarlıq etmədən atəş açdığını deyib.

“Güllə oğluma dəydi və o, yerindəcə həlak oldu”, - deyə o, əlavə edib.

Polislər isə avtomobilin hərəkətinin qarşısını almaq üçün “qanununu icra etdik”lərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru