Tərtərdə hərbçilərə işgəncə verənlərdən ikisinin fotosu yayıldı - FOTO

12-06-2023, 11:14           
Tərtərdə hərbçilərə işgəncə verənlərdən ikisinin fotosu yayıldı - FOTO
“Tərtər İşgəncələri”ndə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir. Məhkəmə prosesində zərərçəkənlərin və dövlət ittihamçısının səsləndirdiyi tükürpədici faktlar işgəncələri verən şəxslərin milli kimliyi ilə bağlı da suallar yaradıb.

Ancaq təəssüflə qeyd edək ki, günahsız insanlara amansız işgəncələri verənlər məhz Azərbaycan xalqının övladlarıdır.

Gununsesi.info-nun xəbərinə görə, “Tərtər İşgəncələri”ndə ağlasığmaz formada əzablara məruz qalan Nemət Məhərrəmov ona və digər hərbçi yoldaşlarını bu amansızlığı törədənlərin ikisinin fotosunu yayıb.

O sosial şəbəkədəki paylaşımında yazır:

“Ruslan Mikayilov, biri də Polad Əzizovdur. 2017 -ci ilin mayında “Tərtər hadisələri”ndə mənə və mənim doyuş yoldaşlarima ağır işgəncə verib, qətlə yetirən bunlardır. Hər kəs bunları tanısın”.

Qeyd edək ki, Məhərrəmov bəraət alan hərbçilərdən biridir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru