İşğal altındakı Kupyansk istiqamətində hərbi dronlar vasitəsilə Rusiya ordusuna aid bir neçə hərbi texnika və xeyli canlı qüvvə məhv edilib. Onlardan bəzilərinin videogörüntüləri var.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında və sosial şəbəkələrdə işğalçılara aid “T-80” tankının və onun ekipajının məhv edilməsinin görüntüləri yayımlanıb.
Texnikanın “Axilles” PUA-sı ilə vurulduğu qeyd olunur. Görüntülərdən aydın olur ki, yanan tankı söndürmək istəyən ekipaj üzvləri digər dronun atdığı qumbara vasitəsilə məhv edilib.