Rusiyalı deputatın cəsədi zirzəmidə tapıldı - FOTO

13-06-2023, 10:14           
Rusiyalı deputatın cəsədi zirzəmidə tapıldı - FOTO
Moskvada 58 yaşlı deputat qətlə yetirilib.

Rusiyanın Yuqradan olan deputatı Aleksandr Kolodiç qətlə yetirilib. 58 yaşlı siyasətçinin üzərində zorakılıq izləri olan meyiti Moskvada evinin zirzəmisində tapılıb.

Polis qurbanın 55 yaşlı həyat yoldaşını da evdə tapıb - qadın çoxsaylı bıçaq xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şübhəli kimi onlara şəxsi təsərrüfatda köməklik edən işçi saxlanılıb. Yaxın vaxtlarda 39 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçiləcək.

“112” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru