13 yaşlı qız ailəsinin sərvətini xərclədi

13-06-2023, 11:47           
13 yaşlı qız ailəsinin sərvətini xərclədi
Çində 13 yaşlı qız ailəsinin bütün pulunu xərcləyib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ailəsi 13 yaşlı qızının pullu oyunlar aldığını öyrənib. Ana dərhal əri ilə birgə bank hesablarını yoxlamaq qərarına gəlib. Cütlük hesabında cəmi 7 qəpiyin qaldığını görüb. Məlum olub ki, qızları bankdakı 64 min dolları xərcləyib.

Belə ki, son bir neçə ayda qız ailəsinin pulu ilə minlərlə mobil telefon oyunu alıb. Valideynlər qızlarının xəbəri olmadan xərclədiyi pulların geri ödənilməsi üçün bir neçə şirkətlə əlaqə saxlasalar da, indiyədək onlardan cavab almayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru