Bulvarda kaktusu yandıran 20 yaşlı oğlan tutuldu - VİDEO

13-06-2023, 11:52           
Bulvarda kaktusu yandıran 20 yaşlı oğlan tutuldu - VİDEO
Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əməli törədən şəxs – 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb: “Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı bulvarında bir gəncin park ərazisindəki kaktusun yarpaqlarını yandırmasını əks etdirən görüntülər yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru