Nazir müavininin qaynı nazirliyi məhkəməyə verib? - BU NƏDİ BELƏ?

14-06-2023, 07:48           
Nazir müavininin qaynı nazirliyi məhkəməyə verib? - BU NƏDİ BELƏ?
Nazir müavininin qaynı nazirliyi məhkəməyə verib?
Mehti İlqar Rəşid oğlu İqtisadiyyat Nazirliyinin qurumunu və MTK-lardan birini məhkəməyə verib.

TEREF.AZ-ın “Ölkə.Az”a istinadən məlumatına görə, sözügedən şəxs nazirlik yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və “Etalon İnşaat” MTK bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Hakim Zeynəb Axundovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti korporativ mübahisələrdir.

Mətbuatda “Ekvita” MMC-nin rəhbəri olan İlqar Mehti Rəşid oğlunun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun qaynı olduğu yazılır.

Qeyd edək ki, məhkəməyə verilən “Etalon İnşaat” MTK-nın rəhbərləri isə illər öncə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilərək azadlıqdan məhrum ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru