Rusiyada ölənlərin meyitləri səhv düşdü: Dəfn mərasiminə başqa qadın basdırıldı

22-06-2023, 13:34           
Rusiyada ölənlərin meyitləri səhv düşdü: Dəfn mərasiminə başqa qadın basdırıldı
İrkutsk vilayətinin Şelexov şəhərində meyitxananın əməkdaşları ölənlərin cəsədlərini qarışdıraraq dəfn mərasiminə başqa qadının meyitini gətiriblər. Səhvlərinə görə dəfn xidməti agentliyinin işçiləri ailəyə 20 min rubl məbləğində təzminat təklif ediblər.

Mərhumun qızı bildirib ki, meyitxanada ona ölüm səbəbi səhv göstərilən sənədlər verilib. O, anasının infarktdan öldüyünü izah edib, sənədlərdə isə ölümün səbəbi kimi dördüncü mərhələdə uşaqlıq xərçəngi göstərilib.

Buna baxmayaraq, dəfn mərasimi həmin gün baş tutub. Morqda bütün günah ölüləri qəbul edən tibb işçisinin üzərinə atılıb. Qadının sözlərinə görə, bu işçi “göz yaşları içində” etiketləri qarışdırdığına görə ailədən üzr istəyib.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru