“Ostankino” teleqülləsində bomba həyəcanı: Ziyarətçilər təxliyə edildilər

27-06-2023, 08:04           
“Ostankino” teleqülləsində bomba həyəcanı:
Moskvada “Ostankino” teleqülləsində bomba təhlükəsi ilə bağlı anonim mesaj daxil olub.

Rusiya Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, bütün ziyarətçilər təxliyə ediliblər.

“Hazırda təhlükəsizlik məqsədilə “Ostankino” qülləsinin bütün ziyarətçiləri təxliyə ediliblər. Hadisə yerində operativ xidmətlər, o cümlədən kinoloqlar işləyirlər”, - məlumatda bildirilib.
Qeyd edək ki, son məlumata görə, mütəxəssislər televiziya qülləsinə baxış keçirdikdən sonra heç bir təhlükə aşkar etməyiblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru